Keçmiş prezidentlərə bomba göndərdilər

25-10-2018, 00:03           
Klintona göndərilən partlayıcı qurğunun harada tapıldığı açıqlanmır

ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı Hilari Klintona göndərilən bağlamada parlayıcı qurğu aşkarlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The New York Times" nəşri hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Keçmiş prezidentlərə bomba göndərdilər
Nəşrin mənbəsinin sözlərinə görə, partlayıcı qurğu daha əvvəl amerikalı milyarder Corc Sorosa göndərilən partlayıcı qurğuya bənzəyir. Bundan əlavə, analoji bağlama sabiq prezident Barak Obamaya da göndərilib.

Həm Soros, həm də Klinton Nyu-Yorkda şəhər kənarında yaşayırlar. Lakin Klintona göndərilən partlayıcı qurğunun harada tapıldığı açıqlanmır.

Qeyd edək ki, ötən gün ABŞ hüquq-mühafizə orqanları amerikalı milyarder, iş adamı Corc Sorosun evinin poçt qutusunda partlayıcı qurğu aşkarlayıblar.

Bu barədə "The New York Times" nəşrinə Beford şəhərinin "Westchester" rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Yerli polisdən bildirilib ki, partlayıcı qurğunun olduğu paketi Sorosun Beforddakı iqamətgahının işçisi tapıb. O, paketi insanların olmadığı əraziyə aparıb və daha sonra bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.

Nəşr yazır ki, hadisə yerinə gəlmiş mütəxəssislər qurğunu partladıblar. Sorosun hadisə baş verən vaxt evdə olmadığı qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru