Böyük Britaniya Səudiyyəyə sanksiyalara qoşulur

25-10-2018, 07:59           
Böyük Britaniya Səudiyyəyə sanksiyalara qoşulur
Böyük Britaniya jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinən səudiyyəlilərin vizasını ləğv edəcək.

Teref.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey məlumat yayıb.

O, jurnalistin qətlini qınadığını söyləyib: "Şübhəlilərdən kiminsə vizası varsa, bu gündən onların İngiltərəyə daxil olmasına icazə verilməyəcək və vizaları ləğv olunacaq".

Qeyd edək ki, daha əvvəl ABŞ Qaşıqçı olayında şübəlilərlə bağlı sanksiya tətbiq olunacağını açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.