Prezident jurnalistlərə müraciət etdi: “Tərif oxumayın, tənqid edin”
26-10-2018, 20:49
Tacikistan prezidenti İmaməli Rəhmon jurnalistlərə müraciət edib.
Cebhe.info xəbər verir ki, prezident onu və dövlət orqanlarını tərifləməməyə, daha çox problemlərdən yazmağa çağırıb.
"Təəssüf ki, Dövlət Televiziyasından başlayaraq siz hamınız ancaq hakimiyyəti tərif etməklə məşğulsunuz. Belə təəssürat yaranır ki, bizdə hər şey əladır, heç bir çatışmazlıq yoxdur".
Soqdiyskidə teleradionun yeni studiyasının açılışında çıxış edən prezident bildirib ki, tərif xalqa və hakimiyyətə mənfi təsir edir:
"Tərif oxumaq lazım deyil. Bu, ona gətirib çıxarar ki, biz işimizdə böyük səhvlər edərik. Bu, dövlətin və xalqın xeyrinə deyil. Əksinə, çatışmazlıqları göstərmək lazımdır ki, onların düzəldilməsi üçün çalışıq".
Mətbuatı “dövlətin qulağı və gözü” adlandıran prezident Tacikistana turist cəlb etmək üçün də mətbuatı səfərbər olmağa çağırıb.