Fransada uşaqlarına ancaq kekslə kola verən ata həbs edilib. AzEuroNews.com xəbər verir ki, ölkənin baş prokurorluğu biri üç, digəri dörd yaşında olan iki oğluna ancaq kola içirib keks yedirən ata barəsində cinayət işi açıb. Məhkəməyə çıxarılan ataya 3 ay həbs cəzası verilib.
Məhkəmədə sübut olunub ki, ata tez-tez spirtli içki qəbul edərək həyat yoldaşını döyürmüş. Dövlət ittihamçısı vurğulayıb ki, məhkəməyə çıxarılan şəxs atalıq borcunu yetərincə yerinə yetirməyib.
“Uşaqlar keks və kola verərək onların dişlərinin vaxtından əvvəl tökülməsinə səbəb olub. Böyük uşağın 7 dişi çürüyərək tökülüb” deyə dövlət ittihamçısı məhkəmədə çıxış edib.