Netanyahu hücumdan danışdı: Dəhşət içindəyəm

28-10-2018, 09:12           
Netanyahu hücumdan danışdı: Dəhşət içindəyəm
Pittsburqdakı sinaqoqa edilən hücumdan dolayı böyük kədər və dəhşət içindəyəm.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın Pensilvaniya ştatında sinaqoqa edilən hücuma münasibət bildirərkən deyib. O, ölənlərin ailələrinə başsağlığı verib:

“Bütün İsrail xalqı, həlak olanların ailələri ilə birgə, dərin kədər və üzüntü içindədir. Biz Pittsburqdakı yəhudi cəmiyyətinin yanındayıq. ABŞ xalqı ilə birlikdə mərhəmətsiz, antisemit vəhşiliyə qarşı dayanacağıq”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində insanların toplaşdığı sinaqoqlardan birinə 48 yaşlı Bauer olduğu bildirilən hitlerçi silahlı hücum təşkil edib. Hadisə nəticəsində ən az 8 nəfər həlak olub, 6 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru