ABŞ Prezidenti Donald Tramp 26 yanvar 2019-cu ildə Hindistanın Respublika günündə keçiriləcək tədbirlərdə iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb.
Məlumata görə, ötən həftə ərzində səsləndirilən bəyanatlarda ABŞ rəsmiləri Trampın regiona qışda gözlənilən səfərinin baş tutmayacağını göstəriblər. Buna səbəb ABŞ-ın sanksiya hədələrinə baxmayaraq Hindistanın İran neftindən imtina etməməsi olub.