Almaniyada restoranın girişinə “Müsəlmanlar girə bilməz” yazıldı : etirazla qarşılandı

28-10-2018, 15:41           
Almaniyada restoranın girişinə “Müsəlmanlar girə bilməz” yazıldı : etirazla qarşılandı
Almaniyada bir restoranın girişinə “Müsəlmanlar girə bilməz” yazılıb. AzEuroNews.com xəbər verir ki, hadisə Nürnberq şəhərində qeydə alınıb. Belə ki, “Alman evi” adlı restoranın girişindəki menyu lövhəsinə təbaşirlə yazılan “Müsəlmanlar girə bilməz” sözü böyük narazılıqla qarşılanıb.

Xüsusilə, bu şəhərdə yaşayan türklər restoran rəhbərliyinə öz etirazlarını bildiriblər.

Restoran sahibi isə, bildirib ki, o sözü lövhəyə irqçi müştərilərdən biri yazıb və onların bundan xəbəri olmayıb.

Etirazlardan sonra restoran sahibi həmin yazını silmək məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru