Maye robot yaradıldı

1-11-2018, 05:49           
Maye robot yaradıldı
Çin və Avstraliya alimlər qrupu darısqal yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.

Dərc edilən videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir.

Bildirilir ki, ixtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Ona gərginlik isə quraşdırılmış batareya vasitəsilə ötürülür.

Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları dəqiq çatdıra bilirlər.

Gələcəkdə tədqiqatçılar ümid edir ki, qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir və buna görə insanları uçqunlar altından xilas edə biləcəklər.

“Maye robot”un prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru