Trampdan tələb: Ər-Riyadla danışıqları dayandır

1-11-2018, 09:40           
Trampdan tələb: Ər-Riyadla danışıqları dayandır
ABŞ Senatının bir neçə senatoru Prezidenti Donald Trampdan Səudiyyə Ərəbistanı ilə krallıq ərazisində yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqların dayandırılmasını tələb edib.

Axar.az xəbər verir ki, senatorların belə tələbinə səbəb Qaşıqçı cinayətidir. Senatorlar Səudiyyə Ərəbistanının bir sıra rəsmi şəxsləri ilə bağlı ABŞ-ın qərar qəbul etməli olduğunu bildirib.

Onlar Trampın bu müraciətə məhəl qoymayacağı təqdirdə Konqresdə Vaşinqton-Ər-Riyad razılaşmasına veto qoyacaqlarını bildiriblər.

Qeyd edək ki, Trampa müraciəti respublikaçı senatorlar ünvanlayıblar. Məktuba imza atanlar sırasında Mark Rubio, Kori Qardner, Rendi Pol, Din Heller, Todd Yanq yer alıb.

Son aylar ərzində Səudiyyə Ərəbistanında AES tikintisi ilə bağlı Vaşinqtonla Ər-Riyad arasında intensiv danışıqlar aparılır. Belə ki, Ər-Riyad növbəti 20-25 il ərzində ölkədə 16 nüvə enerji bloku tikməyi və bunun üçün 80 milyard dollar xərcləməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru