Saakaşvili əfv və vəzifədən imtina etdi

1-11-2018, 17:59           
Saakaşvili əfv və vəzifədən imtina etdi
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hazırkı prezidentdən əfv olunmağını istəməkdən imtina edib.
O, yaydığı bəyanatda heç bir cinayət törətmədiyini və öz haqlarını məhkəmədə müdafiə edəcəyini açıqlayıb.

Saakaşvili Gürcüstanda heç bir vəzifə istəmədiyini də deyib.

Xatırladaq ki, bundan öncə Gürcüstan hökumətinin tələbi ilə Saakaşviliyə qarşı cinayət işi açılıb. 28 oktyabrda keçirilən prezident seçkisində müxalifətin dəstəklədiyi namizədin hökumətin namizədi ilə təxminən eyni səs yığması və seçkilərin ikinci tura qalması Saakaşvilinin qələbə qazanacağı və ölkəyə qayıdacağı təəssüratını yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru