“Əsgərlərimizə daş atsaz, atəş açacağıq” - Trampdan miqrantlara

2-11-2018, 13:05           
“Əsgərlərimizə daş atsaz, atəş açacağıq” - Trampdan miqrantlara
Prezident Donald Tramp Cənubi Amerika ölkələrindən ABŞ-a doğru gələn miqrantlara xəbərdarlıq edib.
Miqrantlar amerikalı əsgərlərə daş atacaqları təqdirdə prezident təhlükəsizlik qüvvələrinin atəş açmaqla cavab verəcəyini bildirib.

Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında bəzi miqrantların Meksika hərbçilərinə daş atdığını xatırladaraq daşla silah arasında böyük fərq olmadığını, bu səbəbdən də ABŞ-ın belə bir məsələdə güzəştə getməyəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Tramp açıqlamasında miqrantların ABŞ-a girişinə izn verməyəcəyini və Meksika sərhədinə 10-15 min əsgər göndərəcəklərini demişdi.
BMT Mərkəzi Amerikadan ABŞ-a getmək üçün yola çıxan “miqrant karvanı”na 7 mindən çox insanın qatıldığını açıqlamışdı. (Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru