Orduda ilk qadın general

2-11-2018, 23:01           
Orduda ilk qadın general
İspaniya ordusu tarixində ilk dəfə olaraq qadın hərbçi kadra general rütbəsi verilə bilər.

Teleqraf.com xəbər verir ki, hazırda İspaniya Silahlı Qüvvələri tərkibində yeganə qadın polkovnik olan Patrisiya Orteqa bu yaxınlarda ixtisasartırma kurslarına göndəriləcək və bu kursları uğurla başa vurduğu təqdirdə ona general rütbəsi veriləcək.

İspaniyanın rəsmi ordu bülletenində dərc olunan məlumatda bildirilir ki, general rütbəsi almaq şansı olan 43 polkovnik arasında P.Orteqa zərif cinsin yeganə nümayəndəsidir.

İspaniyanın müdafiə naziri Marqarita Robles dəfələrlə bəyan edib ki, ölkənin ordusunda peşəkar status daşıyan qadınların payı cəmi 12,7 faiz təşkil edir və inkişaf etmiş cəmiyyət üçün bu göstərici qənaətbəxş deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru