“QRU” QAYIDIR –Putin hərbi kəşfiyyatın SSRİ –dəki adını qaytarmağı təklif edib

3-11-2018, 07:47           
“QRU” QAYIDIR –Putin hərbi kəşfiyyatın SSRİ –dəki adını qaytarmağı təklif edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi kəşfiyyatının əvvəlki adını bərpa etmək təklifini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin bu barədə Rusiyada qeyd olunan Hərbi Kəşfiyyatçılar Günü və Silahlı Qüvvələr Baş Qərargahı Baş İdarəsinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə danışıb. Rusiya Prezidenti bildirib ki, hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi adlandırmaq lazımdır.

Qeyd edək ki, hələ sovet dövründə kəşfiyyat idarəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (rus dilində QRU) adlanırdı. SSRİ dağılandan sonra, 1992-ci ildə idarənin adında “SSRİ” “Rusiya Federasiyası” ilə əvəz edilib. 2010-cu ildə qurumun adından “kəşfiyyat” sözü götürüldü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru