Britaniya ordusunun yeni tüfəngləri: Onlar dünyanın ən ölümcül silahlarıdır

3-11-2018, 20:12           
Britaniya ordusunun yeni tüfəngləri: Onlar dünyanın ən ölümcül silahlarıdır
Britaniya ordusunda yeni istifadəyə verilən tüfənglərin dünyanın ən ölümcül silahları arasında olduğu bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən “SA80” tüfəngləri 1987-ci ildən bəri Britaniya ordusunda istifadə olunub.

Həmin zamandan etibarən silahda müxtəlif problemlər yaransa da, bir neçə dəfə yenilənib.

Son olaraq, aprel ayında Britaniya Müdafiə nazirliyi 5,4 milyon paund məbləğində müqavilə imzalayaraq “SA80” tüfənglərinin yenilənməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, yeni tüfənglər, əsasən, dəqiqlik və dayanıqlılıq baxımından əvvəlki versiyadan fərqlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.