Donald Tramp Rusiya və Çin rəhbərləri ilə münasibətlərindən danışıb

8-11-2018, 07:01           
Donald Tramp Rusiya və Çin rəhbərləri ilə münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Çzinpinlə münasibətlərindən danışıb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bəhs edib.

Donald Tramp ilk öncə bildirib ki, o, So Çzinpini çox yaxşı tanıyır. Buna baxmayaraq, hər iki liderlə xoş münasibətləri yaranıb.

"Mənim onların hər ikisi ilə münasibətim yaxşıdır. Sədr Sini (Çzinpini) əla tanıyıram, amma hesab edirəm ki, onların hər ikisi ilə yaxşı münasibətlər yaranıb", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin xatırladıb ki, Helsinkidə onun Putinlə çox yaxşı görüşü keçirilib. ABŞ və Rusiya prezidentlərinin görüşü iyulun 16-da Helsinkidə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru