Pravoslav dünyası bölündü: Mübahisəli sənəd imzalandı

8-11-2018, 07:39           
Pravoslav dünyası bölündü: Mübahisəli sənəd imzalandı
Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyev Andriyivsk Kilsəsinin Konstantinopol Patriarxlığının sərəncamına verilməsini təsdiq edən sənədi imzalayıb.

Teleqraf.com xəbər verir ki, sözügedən qanun layihəsi Ali Radaya prezident tərəfindən təqdim edilmişdi. Qanun layihəsi oktyabrın 18-də parlementə çıxarılmış səsvermədə qəbul edilmişdi. Qərara görə, dövlət mülkiyyətindəki Andriyivsk Kilsəsi Ukraynanın mədəni mirası kimi Konstantinopol Patriarxlığının istifadəsinə verilir.

Poroşenko Türkiyəyə səfəri çərçivəsində İstanbulda Konstantinopol patriarxı Bartolomeylə Ukrayna Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsindən ayrılaraq, öz müstəqilliyini elan etməsi ilə bağlı razılaşma əldə edib.

Ukrayna kilsəsi rus kilsəsindən ayrılaraq müstəqil olmaq istəyirdi. Ali Rada bu barədə Konstantinopol Patriarxlığına da məlumat vermişdi.

Moskva Patriarxlığı isə buna görə Konstantinopol Patriarxlığına sərt reaksiya vermişdi. Rus kilsəsi bunu “pravoslav dünyasını böləcək addım” adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru