Rusiya Hindistana S-400-ləri verəcəyi tarixi açıqladı
8-11-2018, 18:14

Rusiya S-400 Zenit Rakt Komplekslərinin Hindistana veriləcəyi tarixi açıqlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə TASS-a hərbi diplomatik mənbə bildirib. Məlumatda deyilir ki, ZRK-nın 5 polku Nyu –Dehliyə 2,5 il ərzində çatdırılacaq.
«Müqavilənin şərtlərinə əsasən Rusiya 2020-ci ilin payızında Hindistana birinci polk komplektinin daşınmasını həyata keçirməlidir, 2021-ci ildə ikinci, sonra isə artıcıllıqla üçüncü, dördüncü və beşinci komplektlər göndəriləcək, 2023-cü ilin yazına bu proseslər bitəcək», - deyə agentliyin müsahibi bildirib.
Qeyd edək ki, kompekslər barədə müqavilə oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putinin Nyu –Dehliyə səfəri zamanı bağlanmışdı. Bundan sonra ABŞ prezidenti Donald Tramp S-400-ləri aldığı üçün Hindistana cavab verəcəyini bildirmişdi.
Ən yeni Zenit Raket Sisteminin 5 polku Hindistana 5,43 mlrd. dollara başa gəlib. Hindistan Çin və Türkiyədən sonra «Triumf»a sahib olacaq üçüncü ölkədir.
Uzaq mənzilli müasir «Triumf» S-400 ZRK aviasiya, qanadlı və ballistik raketləri, o cümlədən orta mənzilliləri məhv etmək üçün təyin olunub, həmçinin yeraltı obyektlər üçün nəzərdə tutulub. Fəaliyyət mənzili 400 km olan ZRK 30 km hündürlükdə hədəfi məhv edə bilir.