Şimali Koreya ilə ABŞ arasındakı görüşlər LƏĞV EDİLDİ

8-11-2018, 23:02           
Şimali Koreya ilə ABŞ arasındakı görüşlər LƏĞV EDİLDİ
Şimali Koreya rəhbərliyi ABŞ xarici işlər naziri Mayk Pompeo ilə şimali koreyalı həmkarının bu həftə keçirilməsi planlaşdırılan görüşünün baş tutmayacağını bildirib. Görüşdə Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi məsələsinin müzakirə edilməsi gözlənilirdi.

Bundan əvvəl isə Tramp Şimali Koreya ilə danışıqlara tələsmədiyini, Pompeo ilə Şimali Koreyanın Mərkəzi Komitəsinin başçısı Kim Yonq Çolun bu gün keçirilməsi nəzərdə tutulmuş görüşünün təxirə salına biləcəyini bəyan eləmişdi. ABŞ XİN-in mətbuat katibi Robert Palladino isə təxir məsələsinin zaman bölgüsü problemi nəticəsində meydana çıxdığını söyləyib.

D.Tramp ilə Kim Çen iyunun 12-də Sinqapurda görüşmüş, Şimali Koreyanın nüvə silahından təmizlənməsi məsələsində razılıq əldə eləmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru