«Evinizə gedin!» - Poroşenko Pravoslav Kilsəsinə

9-11-2018, 07:21           
«Evinizə gedin!» - Poroşenko Pravoslav Kilsəsinə
«AzPolitika.info» Ukrayna KİV-nə istinadla xəbər verir ki, Prezident Pyotr Poroşenko Rusiya Pravoslav Kilsəsinin (RPK) nümayəndələrindən Ukrayna ərazisini tərk etməyi tələb edib.

Dövlət başçısının sözlərinə görə, RPK-nin əməkdaşlarının Ukraynada heç bir işi yoxdur və onlara «Rusiyaya – evlərinə qayıtmaq» lazımdır.

«Məgər bu, normaldırmı – Kremldə Putinin sədrliyi ilə Rusiya Təhlükəsizlik Şurası toplanır və gündəlikdə də tək bircə məsələ olur – Ukraynada Rusiya Pravoslav Kilsəsini necə qorumaq olar?» – Poroşenko qeyd edib.

O, həm də ümid etdiyini bildirib ki, Ukraynada kilsə ierarxiyası təxirə salmadan «birləşdirici» yığıncaq keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru