ABŞ-da qətliam törədənin kimliyi məlum oldu - VİDEO
9-11-2018, 07:41
ABŞ-ın Kaliforniya ştatının Tauzand-Oks şəhərində bara hücum olub. Hücum nəticəsində 13 nəfər ölüb. Qətliamı törədən şəxsin kimliyi müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, 28 yaşlı İan Devid Lonqdur.
“O, hadisə yerində ölü tapılıb. Ehtimal edilir ki, o, qətliamı törətdikdən sonra intihar edib. Lonq dəniz piyada qoşunlarının veteranı olub”, - deyə Din bildirib.