Avropa İttifaqı Rusiya hərbi kəşfiyyatının rəhbərlərinə sanksiya tətbiq edə bilər

9-11-2018, 21:34           
Avropa İttifaqı Rusiya hərbi kəşfiyyatının rəhbərlərinə sanksiya tətbiq edə bilər
Böyük Britaniya Avropa İttifaqı tərəfindən Rusiya hərbi kəşfiyyatının rəhbərlərinə qarşı sanksiya tətbiq olunmasına çalışır.

“Report” “The Times”ə istinadən xəbər verir ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın və qızının zəhərlənməsində əli olduğu bildirilən 6 rəhbər şəxs Avropa İttifaqının kimyəvi silahların qarşısını almağı nəzərdə tutan yeni rejimi çərçivəsində sanksiyalar tətbiq olunacaq şəxslərin ilkin siyahısına salınıb.

Diplomatik mənbələrə görə, sanksiyalar təbiq olunacaq şəxslərin siyahısının dekabrda dərc olunacağı gözlənilir. Bu siyahı zəhərlənmə qalmaqalında şübhəli bilinən və mətbuatda Anatoli Çepiqa və Aleksandr Mişkin kimi hallanan şəxslərlə bağlı ilk rəsmi təsdiq ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru