Dünyanın ilk sualtı oteli: Köpəkbalığı ilə gecələmək üçün 50 min dollar ödəmək lazımdır - FOTOLAR

9-11-2018, 22:01           
Dünyanın ilk sualtı oteli: Köpəkbalığı ilə gecələmək üçün 50 min dollar ödəmək lazımdır - FOTOLAR
Dünyanın ilk sualtı oteli açılıb. Maldiv adalarında inşa edilən bu oteldə gecələmək üçün ödənilən pulun məbləği isə sözün əsl mənasında, dodaq uçuqladır. Noyabr ayının əvvəlində açılışı olan oteldə istirahət üçün hər bir xırda detal nəzərə alınıb.

Bu oteldə dincəlmək əyləncəli olduğu qədər də qorxuludur. Hind okeanının 16 metr dərinliyində qurulan akvarium oteldə canlı olaraq, köpəkbalıqlarını görmək mümkündür. İnsanların təhlükəsizliyi üçün şüşələr zirehlidir və 3 qat təbəqədən ibarətdir.

Otelin bir qismi - okeanın üzərində qalan hissəsi suyun altında inşa edilib. Açılışı ilə dünyaya səs salan bu otelin başa çatması üçün 15 milyon dollar xərclənib.

Dənizkənarı istirahət mərkəzlərindən tamamilə uzaqda inşa edilən otelə katerlərlə getmək mümkündür. İkimərtəbəli villalar maksimum 9 nəfəri qəbul edə biləcək səviyyədə tikilib.



Villaların bir mərtəbəsi suyun üzərində, digər mərtəbəsi isə suyun altındadır. Burada okeanın dibinin mənzərəsini izləyərək, istirahət etmək mümkündür.

Oteldə xüsusi xidmətçilər də istirahət edənlərlə birlikdə qalır. Otelin tam ortasında okeanın üzərində Günəşin batmasını izləmək üçün xüsusi meydança tikilib. Günəşin batmasını izləməkdən zövq alanlar buraya gəlirlər və müəyyən məbləğdə pul ödəmək qarşılığında möhtəşəm mənzərəni seyr edirlər.



Oteldə okeanın dərinliyində inşa edilmiş xüsusi yataq otaqları da var ki, buraya enmək sözün əsl mənasında, cəsarət istəyir.

Bütün bu möhtəşəm görüntüləri canlı olaraq, bir gecə görmək üçün 50 min dollar pul ödəmək lazımdır.

Hazırda dünyanın bir çox ölkələrindən turistlər bu qeyri-adi otelə axın etməyə başlayıblar.
musavat.com















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru