Rusiya daha bir ölkəyə qoşun yeridir 15-10-2015, 20:37 Rusiya Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsində yenidən iştirak edə bilər. Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov deyib. Onun sözlərinə görə, hələlik Rusiya rəhbərliyi bu barədə heç bir qərar qəbul etməyib. Qeyd edək ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi Əfqanıstanda vəziyyətin kəskinləşdiyi barədə informasiya yaymışdı. Facebook-da paylaş