ABŞ Senatı Qaşıqçının qətlində Səudiyyə vəliəhd şahzadəsini məsuliyyətli bilib

14-12-2018, 07:15           
ABŞ Senatı Qaşıqçının qətlində Səudiyyə vəliəhd şahzadəsini məsuliyyətli bilib
ABŞ Konqresinin Senatı cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, qətnamə yekdilliklə qəbul olunub. Sənəddə həmçinin Səudiyyə Ərəbisianı hakimiyyətinə jurnalistin ölümündə əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə dair çağırış yer alıb.

Bundan əvvəl Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru