Avropa İttifaqı "Brexit" üzrə təkrar danışıqlardan imtina edib

14-12-2018, 07:37           
Avropa İttifaqı "Brexit" üzrə təkrar danışıqlardan imtina edib
Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmağa dair sövdələşmənin şərtləri ilə bağlı danışıqları bərpa etmək təklifindən imtina edib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin "Brexit" sammitində edilən bəyanata istinadən TASS məlumat yayıb.

Bununla belə sənədin tərtibatçıları qeyd ediblər ki, Aİ "Brexit"dən sonra Britaniya ilə "sıx" əlaqələr qurmaq niyyətindədir.

"Reuters" yazır ki, Aİ nümayəndələri Britaniyanın baş naziri Tereza Meyə ölkə Aİ-dən çıxdıqdan sonra saziş üzrə danışıqları davam etdirəcəklərinə dair vəd veriblər. Tərəflərin 2021-ci ilə qədər yekun qərara gələcəkləri gözlənilir. Şimali İrlandiyanın İrlandiya ilə sərhədi mübahisəli məsələlərdən biri olaraq qalır.

Bundan əvvəl Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru