Tramp FED-in ABŞ iqtisadiyyatına daha ziyan vurmayacağına ümid edir

14-12-2018, 07:39           
Tramp FED-in ABŞ iqtisadiyyatına daha ziyan vurmayacağına ümid edir
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini daha artırmayacağına ümid edir, çünki bu, Amerika iqtisadiyyatına ziyan vurur.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu cümə axşamı "Fox News" telekanalına müsahibəsində deyib.

Dövlət başçısı Amerika iqtisadiyyatının hazırkı vəziyyətini qənaətbəxş qiymətləndirib. O, xüsusilə, inflyasiyanın aşağı səviyyədə olmasına diqqət çəkib.

"FED-in daha faiz dərəcəsini qaldırmayacağına ümid edəcəyik", - deyə ABŞ prezidenti bildirib.

Donald Tramp onun prezidentliyi dövründə Amerika iqtisadiyyatının Barak Obamanın hakimiyyəti zamanı ilə müqayisədə daha yüksək templə inkişaf etdiyini nəzərə çatdırıb və həmin vaxt baza faiz dərəcəsinin demək olar ki, sıfır dərəcəsində olduğunu deyib.

"Mən faiz dərəcəsini demək olar ki, normallaşdırdım və iqtisadiyyatımız sürət götürməyə başladı, iş yerlərimiz artır, özəl müəssisələrimiz isə özlərini əla hiss edirlər", - deyə Tramp izah edib.

O buna misal olaraq "Apple" şirkətini göstərib. Bildirib ki, ki, sözügedən şirkət cümə axşamı Texas ştatının Ostin şəhərində kampus tikintisinə 1 milyard dollar sərmayə yatırmaq planlarını elan edib.

ABŞ-ın mərkəzi bank funksiyasını yerinə yetirən FED noyabrın əvvəlində baza faiz dərəcəsini 2-2,25% səviyyəsində saxlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.