Kosova ordu qurdu - NATO-dan sərt açıqlama

14-12-2018, 17:11           
Kosova ordu qurdu - NATO-dan sərt açıqlama
NATO Kosova hakimiyyətinin təhlükəsizlik qüvvələrinin mandatını dəyişməklə bağlı vaxtsız qərarını təəssüflə qarşılayır. NATO-nun narahatlıqlarına baxmayaraq, qəbul edilən bu qərar fonunda bundan sonra Kosovo ilə qarşılıqlı fəaliyyət səviyyəsini yenidən nəzərdən keçirmək lazım gələcək.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nu Baş katibi Yens Stoltenberq deyib.

“Bu gün Kosova institutları təhlükəsizlik qüvvələrinin dəyişməsi prosesinin başlanğıcını qoyan 3 qanunun qəbul edildiyini elan edib. NATO-nun narahatlığına baxmayaraq, bu qanunların qəbul edilməsinə görə təəssüf edirəm. Hərçənd təhlükəsizlik qüvvələrinin transformasiyası qərarının verilməsi məsələsi Kosovanın işi olsa da, biz bu addımın vaxtsız olduğunu aydın şəkildə ifadə etmişdik”, - Baş katib bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru