Tramp Floridaya iki həftəlik məzuniyyətə getmək niyyətindədir

15-12-2018, 07:40           
Tramp Floridaya iki həftəlik məzuniyyətə getmək niyyətindədir
ABŞ prezidenti Donald Tramp Milad və Yeni il tətili üçün Florida ştatına, özünün "Mar-a-Lago"dakı malikanəsinə getmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Palm Beach Post" qəzeti məlumat yayıb.

Bildirilir ki, Federal Mülki Aviasiya İdarəsi öz pilotlarını dekabrın 21-dən yanvarın 6-dək prezidentin mülkü üzərində uçuşlardan qaçmaq zərurəti barədə xəbərdarlıq edib. Məlumata görə, Amerika lideri bu müddət ərzində orada qala bilər.

Qəzet dəqiqləşdirib ki, Ağ Ev sahibinin malikanəyə gəlməsinin dəqiq vaxtı naməlumdur. Tramp ötən il Milad bayramını malikanəsində 11 gün (dekabrın 22-dən yanvarın 2-dək) keçirib.

Qeyd edilir ki, bu məzuniyyət Amerika prezidentinin Ağ Evdə olduğu bütün dövr ərzində - 2017-ci ilin yanvarından ən uzunmüddətli ola bilər.

Xatırladaq ki, ABŞ Prezidenti yeni il qabağı Ağ Evdə KİV nümayəndələrinin ənənəvi qəbulunu və ziyafəti də ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru