Suriyanın şimalında radikal qruplaşmaların bir-birilə döyüşündə 40 silahlı ölüb

2-01-2019, 15:01           
Suriyanın şimalında radikal qruplaşmaların bir-birilə döyüşündə 40 silahlı ölüb
Suriyanın Hələb əyalətinin qərbində Dar-İzza şəhəri ətrafında “ən-Nusra Cəbhəsi” ilə “Nuriddin əz-Zinki” radikal qruplaşmaları arasında gedən döyüşlərdə iki tərəfdən 40 silahlı ölüb.

SalamNews bu barədə müxalifət yönümlü “Suirya İnsan Hüquqları Müşahidə Qrupu”na istinadla xəbər verir.

Bildirilib ki, əl-Qaidənin sabiq qanadı hesab edilən “ən-Nusra Cəbhəsi” (digər adı Heyət Təhrir-Şam) ötən gündən başlatdığı hücum nəticəsində bu bölgədə 5 kəndi digər qruplaşmalardan geri alıb və Dar-İzza şəhərinə daxil olub

Qeyd edək ki, İdlibi və Hələbin qərbini nəzarətdə saxlayan “Heyət Təhrir-Şam”, “Cəbhəl-Vətəniyyə lit-Tahrir”, “Nuruddin əz-Zinki” və sair birləşmələr Türkiyə Ordusu ilə birgə bölgənin idarə edilməsi zəminində koordinasiya edirlər. İdlibdəki radikal qruplaşmaların bir-birilə döyüşü ara sıra baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru