Tayvan prezidenti:"Çin 23 milyon insanın azadlıq və demokratiya inadına hörmət etməlidir"

2-01-2019, 18:25           
Tayvan prezidenti:"Çin 23 milyon insanın azadlıq və demokratiya inadına hörmət etməlidir"
Tayvan prezidenti, müstəqillik tərəfdarı olan Demokratik Proqressiv Partiyasının lideri Tsai İnq-ven deyib ki, Çin Tayvanın özünü idarə edən ada statusunu qəbul etməlidir.

Yeni ilin gəlişi münasibətilə ictimaiyyətə müraciətində prezident Tsai deyib ki, “Çin 23 milyon insanın azadlıq və demokratiya inadına hörmət etməlidir.” Prezident əlavə edib ki, hər iki tərəf aralarındakı “dəyərlər və həyat tərzi” ilə bağlı fundamental fərqləri qəbul etməlidir.

Tsainin qeydləri Çin prezidenti Şi Tsinpinin “Tayvandakı həmvətənlərə mesaj” adlı tarixi nitqin 40 illiyini qeyd etməyə hazırlaşdığı ərəfəyə təsadüf edir.

“Tayvandakı həmvətənlərə mesaj” nitqi iki rəqib ölkə arasında diplomatik münasibətlərin bərqərar olmasına təkan vermişdi.

(Amerikanın səsi)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru