Moskvada həbs edilən casusla bağlı – Yeni faktlar

2-01-2019, 18:51           
Moskvada həbs edilən casusla bağlı – Yeni faktlar
Moskvada Rusiya Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və casusluqda ittiham olunan ABŞ vətəndaşı Paul Vhelanla bağlı yeni xəbərlər ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, casusun işlədiyi şirkət hadisə ilə əlaqədar açıqlama yayıb.

ABŞ-ın Miçiqan ştatında avtomobil detalları hazırlayan Borg Varner adlı şirkət ABŞ rəsmilərindən Rusiya rəhbərliyi ilə əlaqə quraraq, bu hadisə ilə bağlı həqiqətin ortaya çıxarılmasını tələb edib.

Paul Vhelanın şirkətin rəsmi işçisi olduğu vurğulanan açıqlamada qeyd edilir ki, dekabrın 31-də Moskvada saxlanılan şəxs şirkətin rəsmi əməkdaşı, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssisidir. Əlavə edilib ki, şirkət ABŞ hökumətinə köməklik göstərmək məqsədilə rəsmilərlə təmas içindədir.

Şirkətin məlum açıqlamasından sonra Rusiya mediası bu şirkətin işlədiyi ölkələrlə bağlı araşdırma aparıb. Araşdırma zamanı ortaya çıxıb ki, Borg Varner şirkəti Rusiyada işləməyib. Şirkətin əsasən, Macarıstan, Almaniya, İngiltərə, Hindistan, İspaniya, Cənubi Koreya və Yaponiyada ofisləri mövcuddur.

1928-ci ildə yaradılan bu şirkətin adı 1980-ci ildə dəyişdirilib. Şirkətin əməkdaşı kimi təqdim edilən və Rusiyanın casus olduğunu iddia etdiyi Paul Vhelan isə ABŞ dəniz piyadaları qüvvələrində xidmət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.