ABŞ Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaldacaq

3-01-2019, 08:15           
ABŞ Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaldacaq
ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Military.com" nəşri məlumat yayıb.

"Yanvarın 2-də ABŞ-ın hərbi məmurları əvvəlki kimi həvəssiz şəkildə qoşunların Əfqanıstandan çıxarılması planını müzakirə etdilər, lakin strategiya ilə tanış olan mənbə "Military.com"a bildirib ki, (NATO-nun Əfqanıstanakı missiyasının komandanı general Ostin Skott) Miller növbəti 8-12 ay ərzində təqribən 14 min Amerika əsgərindən 7 minini ölkədən çıxarmağı planlaşdırır", — deyə mətdə bildirilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etmədiyini və Pentaqona müvafiq göstəriş vermədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru