Almaniyada müsəlmanların qanına susamış şəxs saxlanılıb

3-01-2019, 08:25           
Almaniyada müsəlmanların qanına susamış şəxs saxlanılıb
O, "Bir neçə insanın ölümünə səbəb olma" maddəsi ilə ittiham olunur
Almaniyanın qərbində yeni il gecəsi insanların üzərinə avtomobil sürərək, onları öldürən şəxs saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun məlumatında qeyd edilib.

O, "Bir neçə insanın ölümünə səbəb olma" maddəsi ilə ittiham olunur. Məlumata görə, kişi məqsədli şəkildə piydaların üzərinə avtomobil sürərək, bir neçə müsəlman əcnəbinin ölümünə səbəb olub.

Adam Almaniyanın Bottrop və Essen şəhərlərində 4 dəfə analoji hadisəni törədib. Son məlumata görə, onun bu əməlindən, biri uşaq olmaqla 8 nəfər də xəsarət alıb.

Qeyd edilir ki, cinayətkar əvvəlcə, guya təsadüfən piyadaların üzərinə avtomobil sürüb. Sonra isə əsas hədəfi Suriya və Əfqanıstan vətəndaşları olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.