ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb - FOTO

4-01-2019, 07:31           
ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb - FOTO
ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" "CBS Minnesota"ya istinadən xəbər verir ki, hadisə Aplton şəhərində baş verib.

Bildirilir ki, təyyarə bələdiyyə hava limanında sürət yığa bilməyib. Ardınca o, uçuş-eniş zolağından kənara sürüşüb və çevrilib.

Qəza zamanı təyyarədə yalnız pilot olub və nəticədə o xəsarət almayıb.

Daha əvvəl Küveytdə qırıcı təyyarəni ildırım vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.