Konqresmen Trampın impiçmenti haqqında qətnamə irəli sürmək niyyətindədir

4-01-2019, 07:32           
Konqresmen Trampın impiçmenti haqqında qətnamə irəli sürmək niyyətindədir
Nümayəndələr Palatasının üzvü Bred Şerman yeni çağırış Konqresin ilk iş günündə ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında qətnamə irəli sürməyi planlaşdırır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərini "Los Angeles Times" nəşri sitat gətirib.

"Konqresin bu layihəyə baxmaması üçün heç bir səbəb yoxdur", - deyə o bildirib.

Konqresmenin sözlərinə görə, Tramp hər gün onun dövlət başçısı postundan getməsinin Amerika üçün faydalı olacağını nümayiş etdirir.

Daha əvvəl Konqresin Nümayəndələr Palatasındakı demokratların lideri Nensi Pelosi Trampın impiçmentini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru