Tramp Barranın baş prokuror postuna namizədliyini rəsmən irəli sürüb

4-01-2019, 07:33           
Tramp Barranın baş prokuror postuna namizədliyini rəsmən irəli sürüb
ABŞ prezidenti Donald Tramp Uilyam Barranın ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri vəzifələrinə namizədliyini rəsmi olaraq Senatın gündəliyinə daxil edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Reqlamentə görə, Barranın namizədliyini Hüquq Komitəsi, ardınca isə respublikaçıların üstünlük təşkil etdikləri Senatın tam heyəti təsdiq etməlidir.

Komitədə Barranın namizədliyinə 15-16 yanvar tarixlərində baxılması nəzərdə tutulub.

Barra bu vəzifəni 1991-93-cü illərdə artıq bir dəfə tutub. 2017-ci ildə bu vəzifəyə təyin olunmuş əvvəlki baş prokuror Ceff Seşns dekabrın 7-də istefaya göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.