Qaçqınların ölkəyə axışması ciddi tədbirlərin görülməsinə səbəb olub

4-01-2019, 07:59           
Qaçqınların ölkəyə axışması ciddi tədbirlərin görülməsinə səbəb olub
Ölkədə sığıncaq axtaran əcnəbilərlə mübarizə üçün yardım istənildi
İngiltərənin Daxili İşlər Nazirliyi dəniz yolu ilə ölkəyə sığınmaq istəyənlərlə mübarizə aparmaq üçün bu dəfə də donanmaya müraciət edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, La-Manş boğazı ilə ölkəyə gələn qaçqınların say artımının qarşısını almaq üçün Müdafiə Nazirliyindən yardım istənilib. Yayılan məlumata görə, qaçqınların axınının qarşısını almaq üçün artıq ilkin tədbirlərə başlanılıb.

Qeyd edək ki, yeni il gecəsi 6 iranlı qaçqının dəniz yolu ilə İngiltərəyə keçməsi daxili işlər nazirinin bayram tətilini yarımçıq saxlayaraq iş başna dönməsinə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru