KİV: Amerika Venesuela hərbçiləri ilə birbaşa əlaqədədir

9-02-2019, 08:19           
KİV: Amerika Venesuela hərbçiləri ilə birbaşa əlaqədədir
Birləşmiş Ştatlar Venesuela silahlı qüvvələrinin nümayəndələri ilə bilavasitə əlaqədədir və onları Bolivarian Respubikasının prezidenti Nakolas Maduronu dəstəkləməməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ evin anonim nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Biz keçmiş Maduro rejiminin üzvləri, hərbçilərlə danışırıq, lakin bu söhbətlər son dərəcə məhdud xarakter daşıyır", - deyə agentliyin əlaqələr haqqında ətraflı məlumat verməkdən imtina edən həmsöhbəti bildirib.

Ağ ev təmsilçisi əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Administrasiyası lideri Xuan Quido olan Venesuela müxalifətinin düşərgəsinə keçən hərbçilərin sayının artacağını gözləyir.

O həmçinin bildirib ki, Vaşinqton Maduroya qarşı təzyiqin artırılmasını nəzərdə tutan yeni sanksiyaların hazırlanması ilə məşğul olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.