Cənubi Koreya Prezident Donald Trampın tələbinə əsasən Koreya yarımadasında xidmət edən ABŞ əsgərlərinə daha çox maliyyə ayırmağı qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.
Məlumata görə, sözügedən məbləğ 960 milyard vondan 1.03 trilyon vona qaldırılıb. Əvvəlki müqavilələrdən fərqli olaraq, bu müqavilə beşillik deyil, bir il müddətinə imzalanıb.
Parlementin təsdiqindən sonra müqavilə qüvvəyə minəcək.