Böyük Səhrada naməlum sivilizasiyanın izləri aşkarlandı

11-02-2019, 00:31           
Böyük Səhrada naməlum sivilizasiyanın izləri aşkarlandı
Arxeoloqlar Qərbi Saharada (Böyük Səhra) naməlum sivilizasiyanın izlərini aşkarlayıblar, Live Science yazır.

Şərqi İngiltərə Universitetinin alimləri peykdən görüntülər və aerofotoşəkilləri nəzərdən keçiriblər. Qazıntılar nəticəsində kadrlarda qədim tikilinin qalıqları tapılıb.

Tədqiqatçılar qeyd edirlər ki, daşdan tikililərin müxtəlif ölçüləri və formaları var – dairədən və düzbucaqlıdan tutmuş ayparayadək. Onlardan bəziləri sahəsi 630 metrədək çatan böyük tikili formalaşdırır.

Tapıntıların dəqiq təyinatı və yaşı hələ məlum olmasa da, alimlər onların yaşının 1,5 min ildən çox olduğunu güman edirlər.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru