Prezidentlər yenidən Soçiyə toplanır

11-02-2019, 21:54           
Prezidentlər yenidən Soçiyə toplanır
Soçidə Suriya münaqişəsinin nizamlanmasına dair Astana prosesinin qarantı olan ölkələrin başçıları dördüncü dəfə toplaşır. Prezidentlərin üçtərəfli görüşü fevralın 14-də keçiriləcək.



Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Suriyada vəziyyəti uzun müddətə normallaşdırmaq məqsədi ilə atılacaq birgə addımları nəzərdən keçirəcəklər.



Bundan əlavə, Rusiya liderinin İran və Türkiyə prezidentləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.(Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru