İsrail tankları Suriyada xəstəxana binasını atəşə tutub 12-02-2019, 07:51 İsrail ordusu Suriyanın Kuneytra əyalətindəki obyektlərə zərbə endirib."Report" SANA-ya istinadən xəbər verir ki, tanklar dağılmış şəhər xəstəxanasını və müşahidə məntəqəsini atəşə tutub.Binalara ziyan dəysə də, ölən və yaralananlar barədə məlumat yoxdur.İsrail ordusu həmçinin dağıntıların olduğu Tel Ad-Dariya rayonunu atəşə tutub. Facebook-da paylaş