Almaniya hökuməti 3 min ekspertdən məsləhət alacaq

12-02-2019, 07:55           
Almaniya hökuməti 3 min ekspertdən məsləhət alacaq
Almaniya hökuməti 280-dən artıq məsləhət komitəsinə 3 min ekspert cəlb edəcək. AzEuroNews.com xəbər verir ki, hökumət təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələrlə bağlı araşdırma aparıb, problemləri aşkarlayıb və onlardan çıxış yolunu tapacaq ekspertlər üçün bir ilə 23 milyon avro xərcləyəcək.

Məsələn, təkcə Almaniya Federal Səhiyyə Nazirliyi üçün 63 ekspert, İqtisadiyyat Nazirliyi üçünü isə, 53 məsləhət komitəsi çalışacaq.

Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi nazirlik üçün 53 məsləhət komitəsində çalışacaq ekspertlərə bir il üçün 3,1 milyon avro xərclənəcək .

Alman hökuməti bu yolla mövcud problemləri həll etməyi, yeni yaranacaqların isə qarşısını almağı hesablayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.