Rusiya sərnişin reyslərini də təhlukə altına alır - Norveç kəşfiyyatı

13-02-2019, 00:35           
Rusiya sərnişin reyslərini də təhlukə altına alır - Norveç  kəşfiyyatı
Norveç kəşfiyyatı bəyan edib ki, Rusiya sərhədyanı ərazilərdə GPS naviqasiya sisteminin siqnallarını «boğur».

İdarənin başçısı Morten Haq Lunde qeyd edib ki, Rusiyanın hərəkətləri təkcə Norveçin və müttəfiqlərinin təlimlərinə mane olmur, həm də mülki reyslərə, polis və tibb xilməti reyslərinə təhlükə törədir.

2018-ci ilin oktyabr-noyabrında Finlandiya və İsveçin də iştirakı ilə NATO-nun miqyaslı hərbi təlimləri («Trident Juncture») keçirilib. Norveçin Müdafiə Nazirliyində (MN) bəyan ediblər ki, Rusiya təlimlər zamanı GPS sisteminin işinə müdaxilə edib və bu zaman siqnallar guya, Kolsk yarımadasından generasiya olunub.
Kreml bu ittihamı təkzib edib.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru