ABŞ-ın dövlət borcu 22 trilyon dollara qədər artıb

13-02-2019, 09:21           
ABŞ-ın dövlət borcu 22 trilyon dollara qədər artıb
ABŞ-ın dövlət borcu 22,012 trilyon dollaradək artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, bu, ölkə tarixində rekord həddir. 2019-cu ilin fevralından həmin göstərici 90 milyard dollardan çox artıb. Nazirlik qeyd edib ki, 11 ay ərzində Amerikanın dövlət borcu bir trilyon dollardan çox artıb.

Qeyd edək ki, Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə – 20 Yanvar 2017-ci il tarixindən 2 trilyon dollardan çox artıb. Respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatına bu nəzarət dövrü ərzində dövlət borcu əməli olaraq 22 trilyon dollara (21,974 trln. dollar) çatıb. Başqa sözlə, dövlət borcu Trampın prezidentliyi dövründə 10 faiz çoxalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru