Libermanı kəşfiyyat naziri əvəzlədi –Netanyahu yeni XİN rəhbəri təyin etdi
17-02-2019, 21:03
İsrailin baş naziri Benyamin Netanyahu yeni xarici işlər naziri təyin edib.
Strateq.az yerli KİV-ə istinadən bildirir ki, nəqliyyat və kəşfiyyat işləri üzrə nazir İsrail Kats yeni XİN rəhbəri olub. Bundan əvvəlki xarici işlər naziri Aviqdor Liberman istefa vermişdi.
Qeyd edək ki, Benyamin Netanyahu özü də 2015-ci ildə ölkənin XİN rəhbəri olmuşdu.