Trampın Yaponiyaya səfərinin tarixi açıqlanıb

18-02-2019, 07:32           
Trampın Yaponiyaya səfərinin tarixi açıqlanıb
ABŞ prezidenti Donald Trampın Yaponiyaya rəsmi səfərinin tarixi məlum olub.

"Report"un məlumatına görə, bu barədə Yaponiyanın "Sankey" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, Amerika lideri Tokioda mayın 25-28 səfərdə olacaq. Həmin günlərdə ABŞ prezidenti ilə Yaponiyanın baş naziri Sindzo Abenin danışıqları baş tutacaq. Bununla yanaşı, Ağ Ev rəhbəri Yaponiyanın yeni imperatoru Naruhitoyla da görüşəcək. Yeni imperator mayın 1-də taxta çıxacaq. Belə olduqda Tramp imperatorun qəbuluna layiq görülmüş ilk xarici lider olacaq.

Onlar qolf oynayacaqlar və sumo yarışına baş çəkəcəklər. Tramp son dəfə Yaponiyaya demək olar, iki il əvvəl səfər edib.

Bugünlərdə məlum olub ki, Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru