ABŞ-da atışma olub, xəsarət alanlar var - VİDEO

18-02-2019, 07:47           
ABŞ-da atışma olub, xəsarət alanlar var - VİDEO
ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Breaking 911" məlumat yayıb.

Məlumata görə, hadisə Yeni Orleanda baş verib. Silahlı insident nəticəsində azı 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazini əhatəyə alıb. İnsidentin başvermə şəraiti dəqiqləşdirilir.

Daha əvvəl ABŞ-ın İllinoys ştatının Avrora şəhərində baş verən atışmada 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru