Venesuela prezidenti mitinqdə xanımı ilə rəqs edib - VİDEO

24-02-2019, 08:55           
Venesuela prezidenti mitinqdə xanımı ilə rəqs edib - VİDEO
Venesuela prezidenti Nikolas Maduro dünən Karakasda keçirilən mitinq zamanı xanımı Sili ilə oynayıb.

Bu barədə "Report" BBC-ə istinadən bildirir.

Məlumata görə, mitinq humanitar yardım haqqında xəbərlər fonunda keçirilib. Santa-Elena-de-Uayren şəhərində nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalar zamanı ölənlərin sayı 4 nəfərə, yaralıların sayı 20 nəfərə çatıb.

Qeyd edək ki, aksiya prezidentə dəstək məqsədilə təşkil olunub.

Daha əvvəl Venesuela lideri bildirib ki, onun ölkəsi Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru