Səudiyyə Ərəbistanı ilk dəfə ABŞ-a qadın səfir təyin edib - FOTO

24-02-2019, 09:06           
Səudiyyə Ərəbistanı ilk dəfə ABŞ-a qadın səfir təyin edib - FOTO
Şahzadə Rima bint Bəndər bin Sultan ibn Əbdül Əziz əl Səud Səudiyyə Ərəbistanının ABŞ-da birinci qadın səfiri təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xəbərlər agentliyi SPA bildirib.

Qeyd edilir ki, şahzadə Səudiyyənin 22 il boyunca Vaşinqtondakı diplomatik missiyasına başçılıq etmiş Bəndərin qızıdır.

Şahzadə Rima ABŞ-da təhsil alıb. O, 2014-cü ildə "Forbes"in versiyasına görə, 200 nüfuzlu qadın siyahısına düşüb.

Qadın özünün "Twitter" səhifəsində kral Salman ibn Əbdül Əziz Əl-Səuda ona göstərdiyi etimada görə təşəkkür edib. O, söz verib ki, bütün səylərini ölkəsinə və onun vətəndaşlarına xidmət etməyə yönəldəcək.

Daha əvvəl bildirilib ki, Səudiyyə Ərəbistanında 40 mindən çox qadın onlara avtomobil sürməyə icazə verən Krallıq qanununun qüvvəyə minməsindən sonra sürücülük vəsiqəsi alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru